2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda banklarda hüquqi şəxslərin cəmi depozit portfeli 21 milyard 210,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Hüquqi şəxslərin cəmi depozitləri ötən ilin eyni dövrü ilə müqayisədə 998,9 milyon manat, yəni 4,5%, ötən ilin sonuna nəzərən 2 milyard 186,6 milyon manat, yəni 9,3%, aylıq müqayisədə isə 220,9 milyon manat, yəni 1,0% azalıb. Portfelin tərkibində xarici valyutada olan depozitlərin həcmi 9 milyard 531 milyon manat olub. Bu, illik müqayisədə 290,1 milyon manat (3,1%) artsa da, ötən ilin sonuna nəzərən 283 milyon manat (2,9%), aylıq müqayisədə isə 203,3 milyon manat (2,1%) azalıb.
Müddətli depozitlərin həcmi 5 milyard 227 milyon manata enib. Bu, illik müqayisədə 173,9 milyon manat (3,2%), ilin əvvəlinə nəzərən 590,2 milyon manat (10,1%), son bir ayda isə 34,6 milyon manat (0,7%) azalma deməkdir. Bu depozitlərin xarici valyutada olan hissəsi (3 milyard 44 milyon manat) illik 59,2 milyon manat (2,0%) və ilin əvvəlinə nəzərən 7,5 milyon manat (0,2%) azalsa da, son bir ayda 61 milyon manat (2,0%) artıb.
Tələbli depozitlərin həcmi 15 milyard 983,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 825 milyon manat (4,9%), ilin əvvəlinə nəzərən 1 milyard 596,4 milyon manat (9,1%), son bir ayda isə 186,2 milyon manat (1,1%) azalmadır. Bu depozitlərin xarici valyutada olan hissəsi (6 milyard 487 milyon manat) isə illik 230,9 milyon manat (3,7%) artsa da, ötən ilin sonuna nəzərən 290,5 milyon manat (4,3%), son bir ayda isə 264,3 milyon manat (3,9%) azalıb.
Tələbli depozitlərin tərkibindəki sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 417,9 milyon manata çatıb. Bu göstərici bütün dövrlər üzrə artım nümayiş etdirib: illik 103,1 milyon manat (32,8%), ilin əvvəlinə nəzərən 55,1 milyon manat (15,2%), son bir ayda isə 43,4 milyon manat (11,6%). Bu depozitlərin xarici valyutada olan hissəsi 34,7 milyon manat təşkil edib ki, bu da illik 3,4 milyon manat (10,9%), ilin əvvəlinə nəzərən 1,8 milyon manat (5,5%) və son bir ayda 6,1 milyon manat (21,3%) artım deməkdir.
Xatırladaq ki, hüquqi şəxslərin cəmi depozit portfeli bu ilin sentyabrın 1-nə 21 milyard 431,8 milyon manat, ötən ilin sonunda 23 milyard 397,5 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 22 milyard 209,8 milyon manat təşkil edib.













