Bu ilin 3-cü rübündə depozit portfelinin həcmi 6 milyard 860 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata əsasən onun da 1 milyard 916 milyon manatı fiziki, 4 milyard 944 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 75 milyon manat (1,1%), şirkətlərinin depozitlərində isə 357 milyon manat (7%) azalma , fiziki şəxslərin əmanətlərində 282 milyon manat (17%) artım baş verib.
Xatırlatma üçün qeyd edək ki, "Paşa Bankın" ötən ilin sonunda depozit portfelinin həcmi 6 milyon 850 min manata bərabər olub.Bunun da 1 milyon 916 min manatı fiziki şəxslərin, 4 milyon 944 min manatı hüquqi şəxslərin depozitləri olub.