Bəs yerli sğorta şirkətləri minimum kapital tələbinə cavab verirmi?
Məlum olduğu kimi, Maliyyə Nazirliyinin Kollegiyasının 29 oktyabr 2013-cü il tarixli qərarı ilə Azərbaycanda sığorta şirkətlərinin minimum kapitalı ilə bağlı tələblər dəqiqləşib. Tələblərdə qeyd olunub:
Qeyri-həyat sığortası fəaliyyəti üzrə:
- fəaliyyətdə olan sığortaçılar üçün - 5 000 000 manat;
- yeni təsis edilən sığortaçılar üçün - 5 000 000 manat;
Həyat sığortası fəaliyyəti üzrə:
fəaliyyətdə olan sığortaçılar üçün:
2015-ci ilin 01 yanvar tarixinədək - 5 000 000 manat;
2015-ci ilin 01 yanvar tarixindən etibarən - 6 500 000 manat;
2016-cı ilin 01 yanvar tarixindən etibarən - 8 000 000 manat;
2017-ci ilin 01 yanvar tarixindən etibarən - 10 000 000 manat;
yeni təsis edilən sığortaçılar üçün - 10 000 000 manat.
Kapital tələbi bağlı qeyri-həyat sığorta şirkətlərinin vəziyyəti
Azərbaycan sığorta bazarı üzrə aparılmış araşdırmaya görə, bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin məcmu nizamnamə kapitalının həmi bu ilin sentyabr ayının 1-nə 325,848 mln. manat təşkil edib.
Senatyabr ayının 1-nə olan göstəriciyə əsasən, bazarda kapitallaşma həcminə görə liderlik
“Paşa Sığorta” (50 mln. AZN) şirkətinə məxsusdur. Aparılan təhlil nəticəsində məlum olur ki, bazarda fəaliyyət göstərən yalnız 12 sığorta şirkətinin nizamnamə kapitalının həcmi 10-50 mln. manat arasında dəyişir. Qalan 10 sığorta şirkətinin kaptal həcmi 10 mln. manatdan aşağıdır.
Aşağıdakı cədvəldə şirkətlərin nizamnamə kapitalının həcminə görə mütləq göstəriciləri və bazar payları qeyd olunub.
Sığorta şirkətləri |
Nizamnamə kapitalı (mln.AZN) |
Kapital üzrə bazar payı (%) |
|
1 | Paşa Sığorta | 50,000 | 15,34 |
2 | PAŞA Həyat Sığorta | 40,250 | 12,35 |
3 | Xalq Sığorta | 39,389 | 12,08 |
4 | AzSığorta | 20,300 | 6,22 |
5 | AXA MBASK | 19,734 | 6,05 |
6 | İpək Yolu Sığorta | 14,770 | 4,53 |
7 | Meqa Sığorta | 14,500 | 4,44 |
8 | Qala Həyat Sığorta | 12,870 | 3,94 |
9 | AtaSığorta | 12,400 | 3,80 |
10 | Standard Insurance | 11,000 | 3,37 |
11 | Azərbaycan Sənaye Sığorta | 11,000 | 3,37 |
12 | A-Group | 10,005 | 3,07 |
13 | Rəvan Sığorta | 8,971 | 2,75 |
14 | Bakı Sığorta | 8,900 | 2,73 |
15 | Qala Sığorta | 8,050 | 2,47 |
16 | Günay Sığorta | 7,700 | 2,36 |
17 | Azərsığorta | 7,000 | 2,14 |
18 | Başak-İnam | 7,000 | 2,14 |
19 | Atəşgah Həyat Sığorta | 6,500 | 1,99 |
20 | Naxçıvan Sığorta | 5,500 | 1,68 |
21 | Atəşgah Sığorta | 5,009 | 1,53 |
22 | Əmrah Sığorta | 5,000 | 1,53 |
Yekun |
325,848 | 100% |
Həyat sığortası şirkətləri üzrə
Həyat sığortası şirkətləri |
Nizamnamə kapitalı (mln.AZN) |
Bazar payı (%) |
|
1 | PAŞA Həyat Sığorta | 40,250 | 67,51 |
2 | Qala Həyat | 12,870 | 21,58 |
3 | Atəşgah Həyat | 6,500 | 10,90 |
Yekun | 59,620 | 100% |
Məxsusi olaraq FED.Az saytı üçün
Elnur Hüseynquluyev
“PAŞA Həyat Sığorta”
PR Manager