“Atasığorta” şirkəti “Muğanbank” ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti pul vəsaitinin cavabdehdən tutulması barədə tələb irəli sürüb.
Məhkəmə iddianın təmin tədbiri barədə iddiaçının ərizəsini təmin edərək qərardad çıxarıb.
Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
marja.az