“MilkPro” şirkəti “Aqrarkredit” QSC Bank Olmayan Kredti Təşkilatına (BOKT) olan 111 282,36 manat məbləğində kredit borcunu qaytara bilmir.
FED.az-ın əldə etdiyi məlumata əsasən, bununla əlaqədar olaraq BOKT 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Məhkəmə işə baxaraq “Milk-Pro”dan cəmi 111 282,36 manat (əsas borc 81 500,00 manat, faiz borcu 29 782,36 manat) məbləğində kredit borcunun “Aqrarkredit”in xeyrinə tutulmasını qət edib.
Xatırladaq ki, “MilkPro” MMC “SevimliDad” brendinin sahibidir.