Səudiyyə Ərəbistanında qadın bankın icraçı direktoru təyin edilib.
"MIG News" xəbər verib ki, Raniya Naşar "Samba Financial Group"un baş icraçı direktoru olub.
O, Səudiyyə Ərəbistanı hökumətinin keçirdiyi iqtisadi və sosial islahatlar çərçivəsində ölkənin kommersiya bankında baş direktor vəzifəsinə təyin edilən ilk qadındır.
Naşarın bank sistemində 20 illik təcrübəyə malik olduğu bildirilir.