Bu ilin əvvəlindən Azərbaycanla pul bazası 11% azalıb.
Eləcə də bax: Bu dəfə manatın taleyi - LABORATORİYADA HƏLL OLUNUR – AMB-NİN İCLASI
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir: «Xarici şok şəraitində Azərbaycan hökuməti və Mərkəzi Bankın koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir».
Mərkəzi Bank bildirir ki, ilin əvvəlindən inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmiş, 12 aylıq inflyasiya 2.9% olmaqla hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır.
Əvəzində AMB pul siyasətini sərtləşdirib: Pul bazası ilin əvvəlindən 11% azalmışdır ki, bu da monetar şəraitin sərtləşməyə başladığını göstərir»-deyə bildirilir.
Buna baxmayaraq dövr ərzində iqtisadi aktivlik qorunub, iqtisadi artım 2.8%, qeyri-neft sektorunda iqtisadi artım isə 6.7% təşkil etmişdir.
Mərkəzi Bank etiraf edib ki, yaranmış vəziyyət onu iki hədəf - iqtisadii aktivlik və maliyyə sabitliyi arasında balans yaratmağa vadar edib: «Qlobal iqtisadiyyatdan gələn qeyri-monetar şokun həm ölkədaxili tələbə, həm də təklifə mənfi təsirləri Mərkəzi Bankın qiymət və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi arasında balanslı mövqe tutmasını şərtləndirir».