Şənbə günü, sentyabrın 30-u Azərbaycanda banklar üçün iş günü elan olunub.
FED.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu qərarın Azərbaycan Mərkəzi Bankı tərəfindən hesablaşma prosedurlarının ayın sonunadək başa çatdırılması məqsədilə qəbul edildiyini bildirib.
Mərkəzi Bankdan isə bildiriblər ki, III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunub. Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilib.