Banner

Bank

Sənaye və istehsal sektorunun kreditləşməsi - 56% ARTIB

Sənaye və istehsal sektorunun kreditləşməsi - 56% ARTIB | FED.az
11:25 4 Aprel 2020

2020-ci ilin mart ayının 1-nə sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 409,2 mln. manat və ya 56,3% artaraq 1 135,4 mln. manata çatıb.

Eləcə də bax: Azərbaycanın regionlarında - BANK KREDİTLƏŞMƏSİ ARTIB - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə 3,1 mln. manat və ya 0,3% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,2% təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 faiz bəndi azdır, illik müqayisədə isə 1,6 faiz bəndi çoxdur.

Apa

Digər xəbərlər

Banner