«Azərbaycan Sənaye Bank»ASC 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilk üç ayda Azərbaycan Sənaye bankı-nın faiz gəlirləri 6 milyon 300 min manat, faiz xərcləri 3 milyon 170 min manat olub. Birincü rübdə Sənaye Bank-ın qeyri-faiz gəlirləri 3 milyon 993 min manat, qeyri-faiz xərcləri 2 milyon 636 min manat olub. Nəticədə bankın birinci rübdə əməliyyat mənfəəti 4 milyon 488 min manat olub.
Birinci rübdə Sənaye Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 549 min manat ayırıb, 731 min manat isə vegrgilərin öənilməsinə sərf edilib.
Nəticədə 2019-cu ilin 1-ci rübündə Sənaye Bank-ın xalis mənfəəti 3 milyon 208 min manat təşkil edib.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bank» 2018-ci ilin ilk rübünü 1 milyon 689 min manat mənfəətlə bitirmişdi. 2018-ci ili isə ümumilikdə 3 milyon 946 min manat mənfəətlə bağlamışdı. Birinci rübdə bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 9,9% artaraq 903 milyon 669 min manata yüksəlib. Birinci rübdə «Sənaye Bank»ın cəmi kapitalı kapitalı 4% artaraq 92 milyon 30 min manatdan 95 milyon 667 min manata yüksəlib.