“Azərbaycan Sənaye Bank” ASC 2024-cü ili 243 min manat mənfəət vergisi ödənişindən sonra 835 min manat xalis mənfəətlə başa vurub.
Lakin bankın xalis mənfəəti son bir ildə 228 min manat, başqa sözlə 21% aşağı düşüb.
Bank bu ilin ilk rübündə 8 milyon 612 min manat faiz gəliri əldə edib. Gəlirlərin 3 milyon 923 min manatı kreditlərdən əldə edilən gəlirlərin, 4 milyon 569 min manatı banklarda depozitlər hesabına formalaşıb. Ümumi faiz gəlirləri son bir illə müqayisədə 971 min manat (13%), kreditlər hesabına əldə edilən faiz gəlirləri, 377 min manat (11%), depzotlər üzrə faiz gəlirləri isə 740 min manat (19%) artıb
Bu dövrdə faiz xərcləri 4 milyon 648 min manat olub ki, bu da illik müqayisədə 916 min manat və ya 25% çoxdur.
Ən yüksək xərc isə depozitlər üzrə faiz xərcləri olub - 2 milyon 775 min manat (453 min manat və ya 19% artım)
Beləliklə “Azərbaycan Sənaye Bankı”ın xalis faiz gəlirləri 3 milyon 965 min manat təşkil edib ki, bu da son bir ildə 55 min manat və ya 1% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 3 milyon 394 min manat olub. Qeyri faiz gəlirləri son bir ildə 1 milyon 158 min manat (52%) artıb.
Bu dövrdə qeyri faiz xərcləri 1 milyon 118 min manat (18,2%) artaraq 6 milyon 247 min manata, əmək haqqı xərcləri 294 min manat (18%) artaraq 1 milyon 967 min manata yüksəlib.
Bu dövrdə bankın əməliyyat mənfəəti də 1 milyon 111 min manat olub ki, bu da illik müqayisədə 95 min manat və ya 9% çoxdur.
2024-cü ilin 3 ayında“Azərbaycan Sənaye Bankı” ASC 739 milyon 35 milyon manat aktivlərə malik olub. Aktivlər son 3 ayda 10 milyon 214 min manat, başqa sözlə 1% azalıb.
Bankın kredit portfeli 5 milyon 170 min manat və ya 2% kiçilərək 251 milyon 302 min manata düşüb.
Bankın öhdəlikləri də 11 milyon 97 min manat və ya 2% azalaraq 623 milyon 831 min manata düşüb.
Ümumi depozit portfelində də azalma baş verib . Belə ki, depozit portfeli 2023-ci ilin sonu ilə müqayisədə 9 milyon 838 min manat (2%) artaraq 448 milyon 809 min manata düşüb.
Depozit portelinin 305 milyon 543 min manatı fiziki, 143 milyon 266 min manatı hüquqi şəxslərin əmanətləri olub. 2023-cü ilin IV rübü ilə müqayisədə fiziki şəxslərin əmanətləri 4 milyon 615 min manat (1%) azalıb, hüquqi şəxslərin əmanətləri isə 5 milyon 223 min manat (4%) azalıb.
“Azərbaycan Sənaye Bankı”ın balans kapitalı 883 min manat, yəni 1% artaraq 115 milyon 204 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi də 835,4 min manat (2%) artaraq 50 milyon 216 min manat təşkil edib.