“Turanbank” qiymətli kağızlara investisiyanı azaldıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında adı qeyd edilən bank qiymətli kağızlara aktivlərindən 17 milyon 964 min manat pul ayırıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə və ya 13 milyon 955 min manat azdır.
Ötən ilin 9 ayının nəticələrinə görə, bank qiymətli kağızlara 31 milyon 919 min manat sərmayə yatırmışdı.
Məlumat üçün bildirək ki, bankın bu ilin yanvar-santyabr aylarında cəmi aktivləri 517 milyon 997 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 030 min manat və ya 0,78% çoxdur.
Eləcə də bax:Neft Fondunun yatırım etdiyi - QİYMƏTLİ KAĞIZLARIN – GƏLİRLİYİ 3 DƏFƏ AZALIB
“Turanbank”ın 29 səhmdarından 21-i fiziki şəxslərdir ki, onlar da ümumi səhmlərin 68,06%-nə və ya 44 milyon 240 min 816 manatına malikdirlər. Bankın digər səhmdarları, 8 hüquqi şəxs isə ümumilikdə səhmlərin 31,94% malikdirlər. Bankın nizamnamə kapitalı 65 milyon 005 min 478 manat təşkil edir. Səhmdarların hamısı minoritar paya malikdir (10%-dən az).