"Unibank"a konsolidasiya ilə bağlı heç bir təklif daxil olmayıb. Lakin bank konsolidasiya ilə bağlı müzakirəyə hər zaman açıqdır".
FED.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
"Konsolidasiya ilə bağlı heç kimlə konkret danışıqlar getmir. Bu qapalı bir məsələ deyil. Bank konsolidasiya ilə bağlı müzakirələrə hazır olan bir bankdır", - deyə F.Hüseynov vurğulayıb.
F.Hüseynov "Unibank"ın kapitalının artırılması məsələsindən də danışıb. Oktyabrın 13-də bankın səhmdarlarının toplantısının keçirildiyini xatırladan bankir bildirib ki, iclasda kapitalın 21 milyon manat artırılması ilə bağlı qərar qəbul edilib: "Ümidvaram ki, ilin sonuna qədər kapitalı artırmaq mümkün olacaq. Kapital artımından sonra səhmdarların pay bölgüsündə dəyişiklik baş verə bilər. Banka yeni səhmdar daxil olmayacaq. Sadəcə mövcud səhmdarların arasında ola bilsin ki, pay dəyişməsi olsun. Buna baxmayaraq yerli səhmdarların payı 50%-dən aşağı olmayacaq".
Bankir əlavə edib ki, bankın 2-3 illik strategiyasında kiçik və orta sahibkarlığa kreditin ayrılması, mikrokreditləşmə sahəsində aktiv fəaliyyət və istehlak kreditlərinin geniş formada bazara təqdim edilməsi nəzərdə tutulub.