"Mərkəzi Bankın davamlı olaraq yenilədiyi korporativ idarəetmə standartlarına paralel olaraq, 2024-cü ildə tərəfimizdən korporativ idarəetmə standartları və idarəetmə üzrə tövsiyə sənədi də qəbul olunub".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev deyib.
Onun sözlərinə görə, bu tövsiyələr bank sektorunu yeni korporativ idarəetmə sahəsindəki yeniliklərə və qabaqcıl təcrübələrə uyğun olaraq mütərəqqi tənzimləmələrə istiqamətləndirir:
"Hal-hazırda həmin tövsiyələrdən bank sektorunun fəaliyyətinə dəstək verə biləcək müddəaları normativ çərçivəyə daxil etməyə hazırlaşırıq. Bu yaxınlarda həmin layihəni bank sektoru ilə paylaşmağı və mütəxəssislərin rəylərini öyrənməyi nəzərdə tuturuq.
Dayanıqlı idarəetmənin yalnız normativ tələblərlə təmin edilə bilməyəcəyinə inanaraq, təşkilat rəhbərlərinin ciddi sponsorluğunu, risk və komp-layens funksiyasının peşəkarlığını, eləcə də əməkdaşların bacarıqları və sertifikatlaşdırılmasını xüsusi vurğulamaq istərdik. Bu istiqamət maliyyə sektoru və tənzimləyici qurumlar üçün olduqca vacib əhəmiyyət daşıyır".















