“Unibank KB” ASC-nin sədri bankın emissiya etdiyi səhmlərdən satın alıb.
Eləcə də bax: "Unibank" kapitallaşmanı uğurla - BAŞA ÇATDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə əldə etdiyi rəsmi sənədə əsasən məlumat verir.
Məlumata görə, Faiq Hüseynov Arif oğlu “Unibank”ın yeni buraxdığı səhmlərdən 5 142 ədədini sahib olub. Əqd 16 dekabr 2021-ci il tarixində, “Unicapital İnvestisiya Şirkəti” ASC-də bağlanıb.
Adi, sənədsiz bu səhmlərin hər birinin nominal olaraq 2.72 manat olmasını nəzərə alsaq bu 13 986.24 manatlıq alış paketidir.
Bununla da, bankın İdarə Heyətinin sədri Faiq Hüseynovun əldə etdiyi səhmlərin sayı 134 394 ədəd olmaqla bankın səhm kapitalının 0.2797%-nə sahib olur.
Qeyd edək ki, Bakı Fond Birjasında Unibank-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmləri yerləşdirilmişdi. Həmin səhmlərdən 4 727 052.64 manatını Müşahidə Şurasının sədri Eldar Qəribov,177 110.08 manatını isə Müşahidə Şurasının üzvi Emin Quliyev əldə etmişdilər.