“Dekabrın 1-dən ölkə xaricində yerləşən müəssisələrin Azərbaycanda fəaliyyəti ilə əlaqədar kartlar vasitəsi ilə göstərilmiş bütün bu növ xidmətlərindən ƏDV tutulacaq”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, ƏDV-nin tutulması ilə bağlı texniki problem yaranmışdı.
“Bu ayın sonunadək bütün bu məsələlər öz həllini tapmalıdır. Prosessinq mərkəzləri və bankların daxili proqram təminatlarında işlər yekunlaşmalıdır. Dekabrın 1-dən gec olmayaraq banklar bu verginin tutulmasını həyata keçirməlidirlər“, - deyə Z.Nuriyev vurğulayıb.