Rusiyanın ən böyük bankı olan «Sberbank»ın sədri, məşhur maliyyəçi German Qref ölkə vətəndaşlarına əllərindəki vəsaitləri təhlükəsiz saxlamaq üçün məsləhət verib.
Eləcə də bax: “Sberbank” dünyanı ən güclü bank markası - STATUSUNU İTİRDİ
FED.az-ın məlumatına görə, Qref vətəndaşlara pulu saxlamaq üçün 4 valyutadan ibarət valyuta zənbili yaratmağı məsləhət görüb. «Bunlar – dollar, avro, İsveçrə frankı və rubldur. Əlbəttə bu halda hər 4 valyutanın dayanıqlığı narahatlıq keçirmək lazım gələcək, amma əlində böyük məbləğdə vəsait olanlara belə bir valyuta zənbili yaradaraq vəsaitlərini belə saxlamağı məmləhət görərdim».
Əlində vəsaiti az olan və onu gündəlik xərclərə yönəldənlərə isə G.Qref pullarını rublda saxlamağı məsləhət görüb.