Sberbank-ı İcraçı direktoru Herman Gref bank sektorunun gələcəyinin fərqli olması lazım olduğuna işarə edib.
Rusiyanın ən böyük bankı "Sberbank", 2020-ci ilə qədər 17 milyard dollar mənfəət gözləyir, amma İcraçı direktoru banklara artıq inanmır.
"Sberbankın İcraçı direktoru Herman Gref Londonda investorlara "Banklara inanmıram. Mənə bir bank yaratmaq lazım olduğunu desəniz, o zaman mənim və ya komandamın yanına gəlməyin",- deyib.
Gref, bankının gələcəyini maliyyə- texnologiya şirkəti olaraq görür. Yaxın gələcəkdə ənənəvi bankçılıq daha az gəlir gətirəcək və belə banklarda investisiyası olanlar zərərə düşəcəklər.