Sberbank Türkiyənin məşhur bankını satır – İCAZƏSİNİ ALIB
                            
                            
                        
                            20:39
                            5 İyul 2019
                        
                        Rusiyanın ən böyük bankı Sberbank, sahibi olduğu Türkiyənin “Dənizbank”ının satılması üçün bütün icazələri alıb. FED.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, satış qısa müddətdə tamamlanacaq.
"Sberbank"dan verilən açıqlamada qeyd olunur ki, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK), bankın “Emirates NBD Bank PJSC”-yə təhvili ilə bağlı müraciətini təsdiqləyib.
Emirates NBD və Sberbank, bankın səhmlərinin 99,85 faizini Emirates NBD'ye 15,48 milyard tl-yə satışı barədə razılaşıblar.






                
                
                
                
                
                
                
                
                
                
                
                







