Rusiyanın Sberbankının hüquqşünasları bir neçə il bundan qabaq vəfat etmiş ana və oğlu məhkəməyə veriblər.
FED.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, 2014-ci ildə evinin təmiri üçün kredit götürən Yaroslav Uşenin adlı şəxsin anası dünyasını dəyişib. 2015-ci ildə isə Yaroslav Uşenin dünyasını dəyişib. Hər iki qohumun adı kredit sənədlərində qeydə alınıb. Bir müddətdən sonra borcun faizlər nəticəsində böyüməsi barədə Yaroslav Uşenin ailə üzvlərinə xəbərdarlıq gəlib. Bundan sonra ailə üzvləri 2017-ci ildə krediti tamamilə bağlayıblar. Lakin bir ay sonra vəfat etmiş Yaroslav Uşenin, onun anası və ailə üzvləri məhkəməyə çağrılıblar. Uşeninin oğlu bank nümayəndələrinin atasının və nənəsinin öldüklərini bildiklərini qeyd edib. Həmçinin borcun bağlanması barədə də bankın məlumatlı olduqlarını söyləyib. Lakin heç bir məlum olmayan səbədən ailə üzvləri 1 fevral tarixinə məhkəməyə çağrılıblar. Bank baş verənlərlə bağlı nə yerli mediyaya nə də məhkəməyə çağrılan ailə üzvlərinə heç bir açıqlama verməyib.
Sberbank ölüləri məhkəməyə verib
09:21
22 Yan 2018