"Sberbank" pilot layihə çərçivəsində Moskvada insan üzünü müəyyən edən ilk bankomat quraşdırıb.
"Vistanews.ru" saytının yazdığına görə, bankdan pul çıxarmaq kartdan istifadə etmədən mümkün olacaq. Bankın mətbuat xidmətinin məlumatına görə, üztanıma sistemi üçün alqoritmin hazırlanması ilə Yaponiyanın "Toshiba" şirkəti məşğul olub.
Qeyd edək ki, pilot layihə çərçivəsində bu cür bankomatların quraşdırılması ilin sonunadək davam edəcək.
Azertag©