“Sberbank” dünyanın ən güclü bank markası statusunu itirib.
Eləcə də bax: Beynəlxalq Bank ilə Sberbank arasında borc məsələsi - HƏLL EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu haqda “Brand Finance” konsaltinq şirkəti məlumat verib. Onun yerini İndoneziyanın banklarından biri – BCA şirkəti tutub.
Qeyd edək ki, dünyanın ən güclü bank markalarının ilk beşliyinə Cənubi Afrikanın “Capitec Bank” və “FHB”, habelə Malayziyanın “Maybank” bankı daxil olub. Çinin ən böyük ICBC kommersiya bankı AAA+ səviyyəsindən aşağı düşərək səkkizinci yer alıb.
“Sberbank” brendi 13 233 dollar dəyərində qiymətləndirilib.