“Sber” ardıcıl ikinci ildir ki, “Brand Finance Banking 500” indeksinə görə dünyanın ən güclü bank markası kimi seçilir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, xarici KİV-ə görə, o, 92 bal toplayıb (maksimum mümkün olan 100 baldır) və Asiyanın BCA kredit nəhəngini keçib.
Eləcə də bax: "Sberbank" bu il Rusiya iqtisadiyyatının 4,5%-dək azalacağını - Proqnozlaşdırır
“Bank markasının gücü” göstəricilərini hesablayarkən, “Brand Finance Banking” analitikləri “Sber”in marketinq sahəsindəki investisiyalardan, kadr məmnuniyyəti səviyyəsindən və şirkətin korporativ nüfuzundan çıxış edirdilər. Bu göstəricilərə görə Rusiya bankı Cənub-Şərqi Asiyanın ən böyük kredit təşkilatlarından biri olan və 91.6 bal toplayan BCA (“Bank Central Asia”) özəl bankını qabaqlayıb. Hər iki bank AAA+ səviyyəsində ən yüksək reytinqə sahibdir.
Bütün sahələrdəki marka gücü sıralamasında “Sber” Çinin “WeChat” (95.4 bal) messenceri və İtaliyanın “Ferrari” (93.9) avtomobil istehsalçısından sonra üçüncü yerin tutub. Analitiklər Rusiya şirkətinin əsas üstünlüyünün müştərilərin loyallığı və sabitlik olduğunu qeyd ediblər.
Eyni zamanda, “Sber” yenidən Rusiyanın ən bahalı markası olub. Şirkət bu mövqeyi 2017-ci ildən bəri saxlayır. Qlobal siyahıda “Sber” 180-ci yeri tutub. Ondan əlavə reytinqə Rusiyanın “Gazprom” (304-cü yer) və “Lukoyl” (360-cı yer) şirkətləri daxildir.
Qeyd edək ki, dünyanın ən bahalı bank markaları reytinqi 2020-ci ildən bəri demək olar ki, dəyişməz qalıb. İlk dörd yeri Çinin ICBC (72.8 milyard dollar), İnşaat Bankı (59.6 milyard dollar), Kənd Təsərrüfatı Bankı (53.1 milyard dollar) və “Bank of China” (48.7 milyard dollar) tutub. “Bank of Amerika” reytinqdə beşindi yerə yüksəlib (32.8 milyard dollar.
“Sber” dünyanın ən bahalı bank markaları sırasında 29-cu yeri tutur (9.4 milyard dollar).