Saxo Bank 2019-cu il üçün növbəti “Şok Prproqnozlar” nəşr etdi. Bu formatda tədqiqatlar on ildən artıqdır ki, dərc edilir: bu, Saxo şirkətinin rəsmi bazar proqnozları deyil, əksinə, maliyyə bazarlarında çox az ehtimal olunan lakin dəyərləndirilməmiş hadisələrdir, hansılara görə ki, maliyyə bazarları çox güclü “şok dalğası” altında qala biləcəkləri ehtimal edilir.
ELƏCƏ DƏ BAX: Gürcüstan bank kreditlərinin həcminə görə Azərbaycanı keçib
Sonuncu buraxılışın ümumi belə səslənir : “hər bir şeyin həddi var”. “Nəhayət ki, 2019-cu ildə biz getdiyimiz yola nəzər yetirib görəciyik ki,o, artıq bitmək üzrədir. Və nəhayət kəski bir dönüş edib öz səhvlərimizi düzəltməyə başlayacağıq” – Saxo bildirdi.
2019-cı il üçün “şokedici proqnozlar”
1. Aİ “borc ildönümü” elan edəcək.
Avropa banklarına keçmiş italyan “xəstəliyi”nə görə, Avropa Birliyi yeni bir iqtisadi böhrana girişin həndəvərindədir. Avropa Mərkəzi Bankının tədbirlərinə baxmayaraq, “xəstəlik” Fransaya uzanarkən, siyasətçilər Aİ-ın uçurumun kənarında olduğunu başa düşməyə başlayırlar. İqtisadi və pul vahidi ittifaqı AMB-ın ÜDM-nin 50% -dən artıq olan bütün səviyyələrdə borcların monetizasiyasına səlahiyyətlərini genişləndirir, qalan hissəsini isə avrobondlarla təmin edir. Ölkələr, büdcə kəsirində ÜDM-in ilk 3 % -nin paylanmasına imkan verən yeni bir vergi-büdcə qaydasını qəbul edir və Avropa Komissiyasının bu məhdudiyyətlərdən kənara çıxan hər bir şeyin yoxlamadan keçəcəyini nəzərdə tutur.
2. Apple Tesla şirkətinin bir səhm üçün nəzərdə tutulmuş 520 dollar məbləğində “maliyyələşdirməni təmin edəcək”.
Apple başa düşür ki, əgər o istifadəçilərinin həyatına təsirini dərinləşdirmək istəyirsə, onun üçün növbəti sərhəd avtomobillər olacaq. Apple “daha çox maliyyə dəstəyinə ” ehtiyacı olan Tesla-ya təzyiq etməyə başlayır və şirkəti səhm başı üçün $ 520 nəzərdə tutaraq alır, bu isə nominal dəyərdən 40% yüksəkdir.
3. Tramp Pouellaya deyəcək: “Siz işdən azadsınız!”
2018-ci ilin dekabrında, ABŞ-ın Federal rezerv sisteminin rəhbəri olan Cerom Pouell faiz artımını dəstəkləyəcək. ABŞ iqtisadiyyatı və amerika səhmlərinin kotirovkası düşməyə başlayır. Qəzəblənmiş ABŞ prezidenti Donald Tramp Pouellunu rədd edir və onun yerinə Minneapolisin Federal ehtiyat bankının prezidentinı Nil Kaşkarini təyin edir. O isə öz növbəsində FRB-ında faiz dərəcəsinin aşağı salınmasının tərəfdarı idi. 2020-ci ildə keçiriləcək seçkilərdə Trampın ikinci dəfə seçilməsi üçün hazırlıqlar görür: : o, Trampın infrastruktur layihələrini maliyyələşdirmək məqsədi ilə maliyyə naziri olan Stiven Mnuçin tərəfindən buraxılmış yeni limitsiz və kuponsuz istiqrazları əldə etmək üçün 5 trilyon dollarlıq kredit xətti açmağı vəd edir,eyni zamanda bu tədbir ABŞ-a 2007-2008-ci illərdə baş vermiş maliyyə böhranında itirdiklərini qaytarmağa imkan verməli idi.
4. Baş nazir Corbinin siyasəti funt / dollar cütündə bərabərliyə səbəb olacaq.
Hərtərəfli proqressiv islahatların keçirilməsi və Brexit üzrə ikinci referendumun təşkil edilməsi vəddi nəticəsində leyboristlər Böyük Britaniyada üstünlük əldə etdilər. Baş nazir vəzifəsinə isə Ceremi Korbin təyin edilir. O, inglis cəmiyyətində bərabərsizliyi aradan qaldırmaq üçün strategiya həyata keçirir və ölkənin tarixində ilk dəfə olaraq zəngin vətəndaşlardan pulu çıxarmaq üçün daşınmaz əmlak üzərinə vergi tətbiq edir. Bundan başqa, İngiltərə Bankı tərəfindən şərtsiz əsas gəlirlərin maliyyələşdirməsini tələb edir.
Böyük Britaniyada yaşayan xarici vətəndaşlar daha təhlükəsiz sığınacaq axtarmağa başlayır və böyük kapitallarını özüləri ilə aparırlar. İngiltərə pul vahidi 1,3 dollar olan çərçivədən çıxır və dollar ilə bərabərləşir: 1 dollar üçün tarixdə ilk dəfə £ 1 verməyə başlayırlar.
5. Korporativ kreditləşmə böhranı General Electric-in təşkil etdiyi “su dövranı”-na Netflix-i sürükləyəcək.
2019-cu il amerika korporativ istiqrazlar bazarında “domino effekti” ili olmuşdur. General Electric, kredit bazarlarında etibarlılığını itirməyə davam edir, kredit qaytarılmadığına görə, ödənişin məbləğini yüksəldir, investorlar isə önümüzdəki illərdə GE-in 100 milyard dollar məbləğində öhdəliklərinin uzadılması üçün panikaya düşməyə başlayırlar.
Bu halda Netflix şirkəti üzərinə zərbə zərbə endirilir. Korporativ istiqraz bazarında mənfi zəncirvari reaksiya və birja sərmayə fondları üçün nəzərdə tutulmuş yüksək gəlirli istiqrazlar “qara çərşənbə axşamı” sahəsində qeyri-müəyyənliyə səbəb olur. Bu problemlər passiv sərmayə alətləri üçün ilk xəbərdarlıqdır və bu, onların qarışıqlıq dövründə bazarlara mənfi təsir göstərdiklərini nümayiş edir.
6. Avstraliya “böyük dörd bank ” ın milliləşdirilməsindən sonra problemli aktivlərdən azad olma proqramını tətbiq edəcək.
2019-cu ildə, Avstraliyanın daşınmaz əmlak sahəsində səmərəsizliyi sona çatır və bu, kreditləşmənin artım tempnin kəskin azalması ilə nəticələnmiş real fəlakətlə gətirib çıxaracaqdır. Kral Komissiyasının işindən sonra, banklardan yalnız dondurulmuş kredit biznesi və həddindən artıq yüksək dəyərləndirilmiş mühasibat uçotu kitablar qalacaq, banklar isə kreditləşmə sahəsində “vintləri sıxmağa” borcludurlar. 27 il ərzində ilk dəfə olaraq Avstraliyada iqtisadi tənəzzül dövrü baş verir, çünki əmlak qiymətlərində kəskin azalma ev təsərrüfatlarının və istehlak xərclərinin maliyyə vəziyyətini pozur. Borcların kəskin artması gəlirlərin azalmasına gətirib çıxarır.
7. Almaniyada iqtisadi böhran başlayacaq.
On ildir dünya liderləri arasında yer alan Almaniya, ən yeni texnologiyaların tətbiqi ilə bağlı çətinliklər yaşayır. Avtomobil satışlarının azalması nəticəsində illik artım tempi 2000-ci ildən bəri qeyd olunan səviyyədən aşağıdır. Almaniya digər ölkələdən geri qalaraq elektrik maşınlarına hələ keçid mərhələsindədir. 2019-cu ilin üçüncü rübündən başlayaraq artıq ölkədə iqtisadi böhran başlayır.
8. X sinifin işığı xaosa səbəb olacaq və 2 trilyon dollar itk ilə nəticələnəcək.
2019-cu ildə günəş fəaliyyətinin 25-ci siqlı başlayır və Yer kürəsinin qərb yarımkürəsinə günəş fırtınası çökür. Bu, zonada yerləşdirilmiş peyklərin əksəriyyətini məhv edir və GPS ilə əlaqəli nəqliyyat sektorunda və elektrik infrastrukturunda inanılmaz xaos yaradır. Zərər təxminən 2 trilyon dollar olacaq.
9. Yayılmış iqlim dəyişikliyi çaxnaşması səbəbindən dünya nəqliyyat vergisi (DNV) tətbiq olunacaq.
Bu, aviaşirkət biletləri və gəmilərin tonajına tətbiq olunan vergidir . Yeni vergiyə görə hava limanları və dəniz yükü üçün qiymətlər artmaqdadır, bu isə öz növbəsində ümumi qiymət səviyyəsinin artmasına gətirib çıxarır.
10. 10.BVF və Dünya Bankı ÜDM-in ölçülməsini dayandırmaq və məhsuldarlığa diqqət yetirmək niyyətlərini açıqlayacaqlar.
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərliyinin bahar görüşündə onların əsas iqtisadçıları gözlənilmədən “aşağı qiymətli yüksək texnologiyalı xidmətlərin və ekoloji problemlərin iqtisadiyyatına real təsiri əks etdirməyən ÜDM-i ölçməyi dayandırmaq” niyyətlərini elan edirlər. Bu qərar, həmçinin, dünya maliyyə böhranından sonra dünyada məhsuldarlığın azalması ilə əlaqədar olaraq mərkəzi bankların dominantlıq sistemindən uzaqlaşmasını simvollaşdırır.