"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var".
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
"ABB-nin özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar ABB-nin aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər",- nazir əlavə edib.
O həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da ABB-yə maraq göstərməkdə davam edir: "Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər".
Eləcə də bax: Baş nazirdən tapşırıq - BU BANK ÖZƏLLƏŞDİRİLƏCƏK
Eləcə də bax: Azərbaycan bankı İnternetlə kredit verir – İLK DƏFƏ