İqtisadiyyat naziri Şahin MustafayevTürkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətləri müzakirə olunub, Türkiyənin “Ziraat Bankası”na dair təqdimat keçirilib və Bankın Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.