“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Maliyyə və İqtisadi Təhlil Şöbəsinə yeni müdir təyin edilib.
FED.az xəbər verir ki, Banker.az-ın əldə etdiyi məlmata görə, bu vəzifəyə əvvəllər “Bank VTB Azərbaycan” ASC-də Maliyyə Təhlili Şöbəsinin müdri kimi çalışmış Orxan Yusıbov təyin edilib.
Bildirək ki, o, “VTB” bankından 2017-ci ildə ayrılıb və həmin ilin martında ADY-nin törəmə şirkəti olan “ADY Express”də fəaliyyətə başlayıb.
Qeyd edək ki, bu vəzifə ADY-da yeni yaradılmışdır.
Qeyd: “Bank VTB Azərbaycan” Rusiyanın ən böyük banklarından olan “VTB” bankının ölkəmizdəki törəməsidir.