Sabah Bakıda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ekspert qrupları səviyyəsində görüşü keçiriləcək. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
S.Nuriyevin sözlərinə görə, görüşün əsas məqsədi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bankların valyuta mövqeyinin 3%-ə endirilməsi ilə bağlı təklifinin müzakirəsi olacaq.
ABA rəhbəri qeyd edib ki, bu təklif təmsil etdiyi qurum tərəfindən ayrı-ayrı banklara göndərilib.