Rusiyanın ən böyük aktivi olan banklarından biri Alfa-Bank ilin sonuna 12% işçisini ixtisar etməyə hazırlaşır. FED.az Rusiya mediyasına istinadən xəbər verir ki, 3 min işçinin ixtisarından sonra bankın işçi heyətinin 25 min nəfərə qədər azalacağı bildirirlir. İxtisara səbəb Rusiyada dükanlarda kreditləşmənin rəqəmsal sistemə keçməsi ilə bağlıdır.
Rusiyada kapitalına və mənfəətinə görə “Sberbank”dan sonra ikinci pillədə qərarlaşan “Alfa-Bank” rəqəmsal maliyyə sisteminə keçməklə göstəricilərini daha da artırmaq niyyətindədir.
Rusiyanın ən böyük banklarından biri işçilərini ixtisar edir
17:11
20 May 2019