Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələrinin razılaşdırdığı Rusiyaya qarşı sayca 18-ci sanskiyalar paketində Rusiyanın 20-dən çox bankının SWIFT beynəlxalq hesablaşma sistemindən çıxarılması və maliyyə əməliyyatlarına qadağanın qoyulması nəzərdə tutulub.
İran və Rusiya SWIFT sisteminə bənzər sistem - YARADACAQ
FED.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edilir ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) - beynəlxalq banklararası maliyyə məlumatlarının təhlükəsiz və standartlaşdırılmış şəkildə ötürülməsi üçün istifadə olunan qlobal mesajlaşma sistemidir.
1973-cü ildə yaradılmış bu sistem dünya üzrə 200-dən çox ölkədə minlərlə maliyyə qurumunu birləşdirir və əsasən ödəniş əməliyyatlarının həyata keçirilməsində istifadə olunur. (Trend)