Azərbaycandan Rusiya və MDB ölkələrinə pul köçürmə tarifləri dəyişib.
Banklardan Fed.az-a verilən məlumata görə, dəyişikliklər Western Union sistemində baş verib. İndiyədək Rusiyaya pul transferləri zamanı 200 ABŞ dollarına qədər məbləğlərdə 3%, 200-2000 dollar məbləğdə 2%, 2000-3000 dollarda 1,5%, 3000 dollardan artıq pul transferində isə 1,2% komissiya haqqı tutulurdu.
Hazırda isə sözügedən sistem ilə 200 dollara qədər 2%, 200 dollardan çox pul transferində isə 0.9% komissiya haqqı tələb olunur. Dəyişiklik dekabrdan qüvvəyə minib.
Rusiyadan Azərbaycana pul göndərmək tarifləri azaldılıb
13:35
5 Dek 2017