Pul siyasəti faizini 0,5 bənd aşağı salan Rusiya Mərkəzi Bankı, daha çox faiz endiriminin ola biləcəyini açıqlayıb.
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı faizi sürpriz bir şəkildə 0,5 bənd azaldaraq 7%-dən 6.5% səviyyəsinə salıb. İqtisadçıların əksəriyyəti 0,25 bənd faiz endirimi gözləyirdilər.
Eləcə də bax: "Rusiya bankları Azərbaycana 1 milyard dollara yaxın - VƏSAİT YÖNƏLDİBLƏR"
Bank tərəfindən Cümə günü verilən açıqlamada, inflyasiyanın 4%-dən çox aşağı düşməsinə dair siqnallar olduğuna görə, faizin daha da aşağı salınmasının qiymətləndiriləcəyi bildirilib.
Marja