Rusiya bankları fırıldaq qurbunı olan və pulların itirən vətəndaşların zərərini ödəyəndə komissiya haqqı mükafatı alacaqlar.
Bank işçilərinin sayı bir ildə 2 MİN NƏFƏRDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, bu noyabrın 1-dən tətbiq olunacaq yeni qaydalarda nəzərdə tutulub.
Yeniliyə əsasən, Rusiyanın Milli Ödəniş Kartları sistemi fırıldaq qurbanı olan müştərilərin pullarını geri qaytarmağa görə, banklara komissiya haqqı şəklində həvəsləndirici mükafat ödəyəcək.
Bu mükafatın məbləği qaytarılan pulana 5%-i həcmində olacaq, amma bir əməliyyata görə 5 min rublu, yəni indiki məzənnə ilə 62 dolları və ya 106 manatı keçməməlidir.
Qurumdan bildirilib ki, bu qayda – banklararası mükafatlandırma qaydası «Xeyirli iradə» servisi çərçivəsində tətbiq edilib. Bu sistem vasitəsilə banklar dələduzlardan zərər çəkmiş vətəndaşların pullarını könüllü şəkildə qaytara bilərlər.
Bunun qarşılığında isə qaytarılan məbləğə görə 5%, amma bir əməliyyat üçün 5 min rubldan artıq olmayan mükafat alacaqlar. Əslində Rusiyada bankların müştərilərə belə pulları könüllü qaytarması servisi indiyədək də mövcud idi, indiyədək banklar belə vətəndaşları 145 milyon rubl və ya təqribən 1,8 milyon dollar qaytarıblar. İndi isə bu addımı atan banklara mükafat da hesablanacaq.
Sistem belə işləyir ki, alıcı tərəf olan bank – yəni dələduzun başqa bankdakı müştəridən oğurladığı pulu köçürtdüyü bank, şübhəli əməliyyatı bloklayır və həmin pulu köçürməni edən şəxsə (yəni pulu oğurlanan şəxsə) qaytarır.














