Rusiya Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən 2 bankın - «Proxladnıy» və «Mayskiy» banklarının lisenziyasını geri alıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın açıqlamasına görə, ölkə bankları arasında 348-ci yeri tutan «Proxladnıy» bankı qanunvericiliyi və MB-nin normativ aktlarını dəfələrlə pozub. Belə ki, sözügedən bank mümkün zərərlər üzrə yaradılmalı olan ehtiyatların həcmini aşağı salıb. Eləcə də, problemli borcların həcmini və faiz gəlirlərini aşağı göstərib.
«Mayskiy» bankı isə Rusiya bank sistemində 350-ci yeri tutur. Bu təşkilat da qanunvericiliyi pozaraq mümkün zərərlərə görə yaradılan ehtiyatların həcmini aşağı göstərib. Amma ən əsası, MB-nin açıqlamasına görə, «Mayskiy» bankı cinayətkar yollarla əldə edilən çirkli pulların yuylmasında iştirak edib və terrorçuları maliyyələşdirib.