Rusiya bank sisteminin sağlamlıq indeksi iqtisadiyyatın və yığılmış yükün durgunluğuna görə azalmaqda davam edir. FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Rusiya Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış hər onuncu kredit təşkilatı iflas vəziyyətinə yaxınlaşır. Bunu, "Ekspert RA" reytinq agentliyinin analitikləri yerli mediyaya açıqlaması zamanı bildirb.
Cari ilin 1 aprel tarixinə olan məlumata görə, hər 4-cü bankın gəlir əldə etmədiyi məlum olub. Həmçinin 162 bank korporativ müştərilərinin 15%-ni itirdiyini, 136 bank isə fiziki şəxlərdən olan gəlirlərini itirdiklərini bildiriblər.
Agentliyin hesablamalarına görə son 12 ay ərzində 430 bankdan 46-sı bazarı tərk etməyə namizədddir.
2013-cü ildə Rusiyada bank sektorunda inyeksiya işləri aparılanda Rusiya Mərkəzi Bankı 80 milyard dollar və ya 5,2 trillion rubl banklara yönəltmişdi.
Rusiyada hər 10 bankdan biri “ölü bank” hesab olunur
15:06
17 May 2019