Rusiyanın nağd valyuta bazarında dolların məzənnəsi 60 rubl səviyyəsini ötüb.
FED.az xəbər verir ki, sonuncu dəfə dollar bu ilin avqustun 15-də 60 rubldan baha satılıb.
Neftin bahalaşmasına baxmayaraq, Rusiyada dolların məzənnəsinin artmasının əsas səbəbi kimi, dünən açıqlanan III rüb iqtisadi artım göstəricisinin proqnozlardan aşağı olması və ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyaların iqtisadiyyata mənfi təsirinin qeyri-müəyyənliyi göstərilir.
Belə ki, III rübdə analitiklər ÜDM-də 1,9% artım gözlədikləri halda, göstərici 1,8% təşkil edib və II rübdə qeydə alınan 2,5% artımdan xeyli aşağı olub.
Digər əsas səbəb isə Rusiyanın neft-qaz boru ixracına ABŞ sanksiyalarının mümkün məhdudiyyətləri ilə bağlı mənfi gözləntilərin getdikcə güclənməsi göstərilir (report).