Rusiya Federasiyasının Dövlət Duması bank rouminqinin ləğvi haqqında yeni qanun qəbul edib. Bu sənəd maliyyə qurumlarına bank daxilində kartdan karta pul köçürmələri əməliyyatlarına görə komissiya tutmağı qadağan edir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Daha əvvəl “bank rouminqi”ni ləğv etməyi Rusiyanın “Sberbank” bankının rəhbəri German Gref vəd etmişdir. Onun sözlərinə görə, bank 2020-ci ildə bölgələr arasında pul köçürmə əməliyyatlarına görə komissiya tutmağı dayandıracaq.
Eləcə də bax: Beynəlxalq Bank ilə Sberbank arasında borc məsələsi - HƏLL EDİLİB
Hal-hazırda “Sberbank” bölgələrarası pulköçürmə əməliyyatlarından 1,5% komissiya tutur (mobil tətbiq və ya bankomatlarda 1%).