Rusiyanın bank sisteminin rəqəmsallaşdırılması nəzərdə tutulub. Bu barədə Rusiya Mərkəzi Bankının (RMB) sədr müavini Sergey Şvesov məlumat verib.
“RMB-nin necə inkişaf etməli olması ilə bağlı uzunmüddətli anlayışımız var. Bank sistemi rəqəmsal formada fəaliyyət göstərəcək və lazımi informasiyaları əldə etmək üçün hesabat formalarına ehtiyac olmayacaq. Tranzaksiyalar barədə ilkin məlumatlar əldə ediləcək və bank sektorundakı vəziyyət, hər şey kompüterlər vasitəsi ilə qiymətləndiriləcək”, - deyə S. Şvesov qeyd edib.
Report©