Rusiyada 2024-cü ilədək dolların məzənnəsi – PROQNOZU AÇIQLANIB
18:1629 Avq 2019
Rusiya İqtisadi İnkişaf Nazirliyi 2024-cü ilədək dolların məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. FED.az xəbər verir ki, nazirlik hesab edir ki, qarşıdakı 5 ildə Rusiyada dollar bahalaşacaq, amma 71 rublu keçməyəcək.
Konservativ (yəni Rusiya üçün daha çətin) ssenariyə görə, 2019-cu ildə dolların orta illik məzənnəsi 65,4 rubl, 2020-ci ildə 68,7 rubl, 2021-ci ildə 69,3 rubl, 2022-ci ildə isə 69,8 rubl oacaq. 2023 və 2024-cü illərdə isə dolların məzənnəsi müvafiq olaraq 70,1 rubl və 70,5 rubl olacaq.
Bununla yanaşı, nazirlik hesab edir ki, bu dövrdə neftin qiyməti 2019-cu ildəki 62,2 dollardan 2024-cü ildə 45,9 dollara enəcək.