Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 18%-dən 19%-ə qaldırıb. Bank iyulda uçot dərəcəsini 16%-dən 18%-ə qaldırmışdı.
AMB: Tədiyyə balansının tarazlığını saxlamaq üçün neftin qiyməti 40-45 dollar olmalıdır
FED.az xəbər verir ki, faiz dərəcəsinin artırılması ilə bağlı qərar əhalinin və biznesin inflyasiya gözləntilərinin artması fonunda qəbul edilib.
Analitiklər də Mərkəzi Bankın pul siyasətinin növbəti dəfə sərtləşdirəcəyini nəzərdə tuturdular.
Rosstat məlumatlarına görə, avqustda Rusiyada illik inflyasiya iyuldakı 9,13%-dən sonra 9,05%-ə qədər azalıb, lakin bu, hələ də iyun (8,6%) və yaz ayları ilə müqayisədə (inflyasiya 7,5-7,8% diapazonunda olub) yüksəkdir. Mərkəzi Bankın inflyasiya hədəfi 4% təşkil edir ki, buna da 2025-ci ildə nail olunması planlaşdırılır. Tənzimləyicinin proqnozuna görə, 2024-cü ildə inflyasiya 6,5-7% təşkil edəcək.
"Cari inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın 6,5-7% olacağı və proqnoz diapazonunun üzərində qalacağı gözlənilir. Daxili tələbatın artımı hələ də mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını xeyli üstələyir. Dezinflyasiyanı yenidən başlatmaq, inflyasiya gözləntilərini azaltmaq və inflyasiyanın 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur",- Rusiya Mərkəzi Bankının press-relizində deyilir. (Marja)