Rusiya Mərkəzi Bankı krediti olan şəxslərə güzəşt etməyəcək. Bankın mesajında qeyd edildiyi kimi, borc götürənlər aprelin 30-a kimi qeyri-iş günlərinin olmasına baxmayaraq öhdəliklərini müqavilədə nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməlidirlər.
Eləcə də bax: Sahibkarlara 500 milyon güzəştli kredit! – HÖKUMƏT ŞƏRTLƏRİ AÇIQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Rusiya Bankı maliyyə əməliyyatları üzrə öhhdəliklərin müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini üstün sayır”, – mesajda deyilir.
Tənzimləyici kreditorların banka borcu olan şəxslərin faktiki imkanlarını nəzərə alacağını gözləyir.
Xatırladaq ki, aprelin 2-də Rusiya prezidenti Vladimir Putin qeyri-iş günlərinin 30 aprel tarixinə kimi uzadıldığını elan etdi.