Rusiya Mərkəzi Bankı (RMB) ehtiyatlarını geosiyasi risklərdən sığortalamaq məqsədi ilə iri həcmdə Çin yuanı alır.
FED.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiulina deyib.
O, belə siyasət nəticəsində ABŞ dollarının üstünlük təşkil etdiyi başqa ölkələrə nisbətən daha şaxələndirilən ehtiyatlara malik olduğunu dilə gətirib.
Eləcə də bax: Türkiyə də əmanətlərin sığortalanması - ŞƏRTLƏRİ DƏYİŞİR
Hazırda Çində iqtisadi artımın inkişaf etmiş ölkələri üstələdiyi üçün yuanı ehtiyat valyuta olaraq perspektivli hesab etdiklərini qeyd edən RMB rəhbəri Rusiya ilə Çin arasında strateji tərəfdaşlığı da bu seçimdə mühüm amil olaraq dəyərləndirib.
ABŞ tərəfindən 2018-ci ildə yeni sanksiyalara cavab olaraq, təqribən, 100 milyard dollarlıq ehtiyatını satan Rusiya bunun müqabilində 90 milyard dollar məbləğində avro və yuan almışdı.