Rusiya hökuməti bölgələri 2020-ci ildə büdcə kreditlərini ödəməkdən azad edib.
FED.az xəbər verir ki, Baş Nazir Mixail Mişustin koronavirus epidemiyası ilə əlaqədar vəziyyətə görə 2020-ci il üçün bölgələrin büdcə kreditlərini ödəməsi öhdəliyindən azad edilməsi barədə əmr imzalayıb.
2021 və 2022-ci illərdə onlar hər il borcun 5% -ni, 2025-2029-cu illərdə isə vaxtından əvvəl ödəmə imkanı da daxil olmaqla, qalıq borcu bərabər hissələrdə ödəməli olacaqlar. Bununla yanaşı 2020-ci ildə borcdan azad olunan vəsaitlərin koronavirus epidemiyasının nəticələrini aradan qaldırmaq, həmçinin vergili və vergisiz gəlirlərinin azalmasını kompensasiya etmək üçün istifadə edilməsi təklif olunub.
Fərmanda qeyd olunur ki, bu qərar bölgələrə dəstək olmaq məqsədi ilə verilib.
“Bu qərar çətin sosial-iqtisadi vəziyyət qarşısında regional büdcələrin sabitliyini təmin edəcək”, - deyə sənəddə qeyd olunub.
Qafqazinfo