Rusiya Banklar Assosiasiyasının prezidenti, Rusiya Bankı sədrinin keçmiş birinci müavini Georgi Luntovski 73 yaşında vəfat edib.
FED.az xəbər verir ki , bu barədə Assosiasiya Şurasının sədri, Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov bildirib.
“Ailə və dostlara dərin hüznlə başsağlığı verirəm. Georgi İvanoviç gözəl insandır. O, bank sisteminin inkişafı üçün çox şey edib”, - Aksakov bildirib.
Qeyd olunur ki, Luntovski 1999-2005-ci illərdə Rusiya Bankının sədr müavini olub, daha sonra 2017-ci ilə qədər tənzimləyicinin sədrinin birinci müavini olub.