Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 7,75%-ə endirib.
"RİA Novosti" agentliyinin məlumatına görə, bu barədə Bankın press-relizində məlumat verilir.
Xatırladaq ki, Rusiya Bankı bu il 6-cı dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozundan fərqlənib. Analitiklər Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar.
Bu qərar rublun məzənnəsini 0,43% azaldıb və məzənnə 59 RUB/USD səviyyəsini ötüb.