Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 18 iyun 2019-cu il tarixindən etibarən başlanacaq.
Eləcə də bax: Əkrəm Həsənov: “Bank Standard”ın ləğv prosesinə ildə 3 milyon manat xərclənir”
FED.az xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər. Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Bakı ş. (012) 596 65 91/92/93. Qaynar xətt: 941
“Royal Bank”ın təminatsız kreditorlarına növbəti - ÖDƏNİŞ OLACAQ
10:56
12 İyun 2019