Azərbaycanda ən çox istehlak krediti verən «Kapitalbank» öz siyasətinə yenidən baxmağa hazırlaşır.
«Kapital Bank» istehlak kreditlərinin verilməsini əhəmiyyətli dərəcədə azaldacaq. Bunu FED.az-a «Kapital Bank»ın İdarə Heyətinin Sədri Rövşən Allahverdiyev bildirib.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - İSTEHLAK KREDİTİ VERƏN BANKLAR - SİYAHI
«Biz bu günləri öz gələcək strategiyalarımız haqqında düşünürük. Sözsüz ki, biz kredit verməyi dayandıra bilmərik. Bu bizim ümumi qlobal strategiyamızdır. Amma indiki şəraitdə bizim əlimizdən nə gəlirsə onu da edəcəyik».
Hazırda kreditlə bağlı bank daxili layihə çərçivəsində üzərində işləyirik. Yəqin ki, yaxın günlərdə bir qərar qəbul edəcəyik: "Sözsüz ki, istehlak kreditlərimizdə artım tempini müəyyən qədər azaldacağıq"-deyə bank rəhbəri bildirib.
«Biz retail bankıq və dövlət layihələrinin maliyyələşdirilməsi ilə məşğuluq»-deyən R.Allahverdiyev etiraf edib ki, «Kapitalbank»ın startegiyasından dönmək fikri yoxdur.
Bununla yanaşı, son trendləri nəzərə alaraq bankın siyasətində dəyişiklik ediləcək: «Son trendlər onu göstərir ki, kiçik və orta sahibkarlığa biz daha ciddi və daha da institional yanaşmalıyıq. Bu yanaşmanı həyata keçirmək üçün bank daxili bir çox layihələr həyata keçirdik. Gördük ki, bizim bu gün 13 min nəfərə yaxın kiçik və orta sahibkar seqmentinə aid müştərimiz var. Bu gün kiçik və orta biznesdə çalışanların maliyyələri şəffaflaşandan sonra biz onların biznes ehtiyaclarını ödəyəcək hər bir xidməti təklif edəcəyik»- deyə Rövşən Allahverdiyev bildirib.