Xəbər verildiyi kimi, avqustun 8-də «Moody's» Investors Service ("Moody's") reytinq agentliyi («Moody's») «Bank of Baku»nun (BoB) B2 bank depozitlərinin yerli və xarici valyutada uzunmüddətli reytinqlərini təsdiqləyib və bu reytinqlər üzrə proqnozu «stabil»dən «müsbət»ə dəyişdirib.
«Moody's»dən «Bank Respublika»ya əla qiymət: «Anderraytinqi güclüdür, likvidliyi komfort səviyyədədir»
Eyni zamanda, Moody's agentliyi «Bank of Baku»nun kredit qabiliyyəti üzrə baza qiymətləndirməsini - Baseline Credit Assessment (BCA), yerli və xarici valyutada qısamüddətli NP bank depozit reytinqlərini, eləcə də bankın yerli və xarici valyutada B1/NP uzunmüddətli və qısamüddətli kredit reytinqlərini təsdiqləyib.
Bundan başqa, bankın kredit reytinqinin uzunmüddətli və qısamüddətli göstəriciləri B1(cr)/NP(cr) qiymətləndirilib.
Reytinqin əsaslandırılması
Agentlik bildirir ki, Bankın korrektə edilmiş BCA-nın b2 səviyyəsində və uzunmüddətli bank depozit reytinqlərinin B2 səviyyəsində təsdiqlənməsi - pandemiya və blokadalar şəraitində kredit portfelinin keyfiyyətinin və gəlirliliyinin yaxşılaşdırılmasını, eləcə də növbəti 12-18 ay ərzində kredit qabiliyyətinin yaxşılaşacağını göstərir.
Bankın uzunmüddətli depozit reytinqləri üzrə «müsbət» proqnoz «Moody's»in gözləntilərini əks etdirir ki, bank proqnozlaşdırılan dövr ərzində bu yaxşılaşmaların davam edəcəyi imkanına malikdir.
Agentlik bildirir ki, son bir neçə il ərzində «Bank of Baku» problemli kreditlərin geri qaytarılması və restrukturizasiya edilməsi nəticəsində belə kreditlərin payını əhəmiyyətli dərəcədə azaldıb.
Nəticədə bankdakı problemli kreditlərin payı (PL) 2020-ci ilin sonundakı 8%-dən 2022-ci ilin sonunda 2,6%-ə enib. Üstəlik problemli kreditlərin qapanması əmsalı 2022-ci ilin sonuna yüksək səviyyədədir və 92% təşkil edir. Ümumiyyətlə, Agentlik hesab edir ki, əlverişli iqtisadi vəziyyət və kredit portfelinin sürətlə böyüməsi fonunda qarşıdakı 12-18 ay ərzində «Bank of Baku»nun kredit portfelində problemli kreditlərin payı 3-4%-i keçməyəcək
Agentlik xatırladır ki, «Bank of Baku» 2022-ci ili 40,1 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da, bu da maddi aktvləri gəlirliliyinin 2021-ci ildəki 5,8%-dən 2022-ci ildə 6,4%-ə yüksəlməsi deməkdir.
Agentlik bildirir ki, bankın kredit portfelinin sağlam olması səbəbindən faiz gəlirləri də 2021-ci ildəki 43,7 milyon manatdan 2022-ci ildə 64,9 milyon manata yüksəlib. Bundan əlavə, 2022-ci ildə restrukturizasiya edilmiş kredit portfelində kredit itkiləri ehtiyatlarının buraxılması 24,7 milyon manat təşkil edib və bankın vergidən əvvəlki gəlirinin yarısını təşkil edib.
«Moody's» agentliyi növbəti 12-18 ayda bankın kredit itkiləri riski üzrə ehtiyatlarının əhəmiyyətli dərəcədə azalacağını gözləyir ki, bu da cari gəlirləin artımı ilə kompensasiya olunmalıdır. «Moody's»in fikrincə, buna nail olmaq mümkün olsa, 2023-2024-cü illərdə «Bank of Baku»nun maddi aktivlərinin gəlirliliyi yüksək olacaq.
Agentlik bildirir ki, güclü kapital adekvatlığı «Bank of Baku»nun əsas güclü tərəflərindən biridir və bankı aktivlərinin keyfiyyətinin azalmasından qoruyur.
2022-ci ildə «Bank of Baku»nun kredit portfeli 47% artıb və nəticədə TCE/RWA nisbəti 2021-ci ilin sonundakı 21,2%-dən 2022-ci ilin sonunda 18,1%-ə enib.
«Moody's» bankın likvidlik yastığını və bankın maliyyələşdirmə xərclərinə ciddi diqqət yetirməsini nəzərə alaraq, qarşıdakı 12-18 ay ərzində kredit portfelinin tədricən artacağını gözləyir. Ümumiyyətlə «Moody's»in əsas ssenarisinə görə, bankda TCE/RWA nisbəti 2024-cü ilin sonuna kimi 16%-17%-ə enəcək.
Qeyd edək ki, TCE/RWA nisbəti – bankın maddi kapitalının ümumi aktivlərə nisbətidir. TCE/RWA əmsalından bankın kapitalını qiymətləndirmək üçün istifadə edirlər. Bu göstərici xüsusilə investorlara və reytinq agentliklərinə kömək edir ki, qeyri-maddi aktivləri və idarə olunmayan hissəni çıxmaqla bankın əsas kapitalını qiymətləndirə bilsinlər. TCE (Tangible common equity) - qeyri-maddi aktivləri, imtiyazlı və idarə olunmayan səhmləri çıxmaqla bankın səhmdar kapitalını bərabərdir. RWA (Risk weight assets) – risk faktorunu nəzərə almaqla ölçülmüş aktivlərdir.
«Moody's» hesab edir ki, son illər «Bank of Baku» bazar vəsaitlərindən asılılığını durmadan azaldıb. Nətiədə bu vəsaitlərin ümumi aktivlərdə payı 2019-2020-ci illərdə 23-24% olduğu halda, 2022-ci ilin sonunda 19%-nə qədər azalıb.
Bazarın maliyyələşdirilməsi əsasən Azərbaycan Mərkəzi Bankının 5 illik müddətinə ayırdığı və 2024-cü ildə qaytarılması nəzərdə tutulan krediti və sahibkarlığa, ipoteka və kənd təsərrüfatına dəstək üçün fondlardan ayrılan uzunmüddətli kreditlər hesabına təmsil olunur.
«Moody's» hesab edir ki, bu maliyyələşdirmə mənbələri sabitdir və onların təkrar maliyyələşdirmə üzrə riskləri azdır.
Bu fondların sabitliyinə baxmayaraq, 2022-ci ilin sonunda «Bank of Baku»nun kredit-depozit nisbəti yüksək olaraq - 153% səviyyəsində qalır. Eyni tarixə bankın likvidlik yastığı aktivlərin 13%-nə bərabər olub.
Bankın likvidliyi ümumi depozitlərin 90%-dən çoxunu təşkil edən yaxşı şaxələndirilmiş pərakəndə müştəri bazası ilə dəstəklənir. Moody's yerli GAAP hesabatlarına əsaslanaraq 2023-cü ilin ortalarına Bankın likvid aktivlərinin ümumi aktivlərə nisbətini 16% səviyyəsində qiymətləndirir və hesab edir ki, növbəti 12-18 ay ərzində bu göstərici 15-20% diapazonunda qalacaq.
Reytinqlərin dəyişdirilməsinə səbəb ola bilən amillər
Agentlik bildirir ki, «Bank of Baku»nun likvidlik və maliyyələşdirmə profilində əhəmiyyətli irəliləyiş olarsa, onun BCA və uzunmüddətli bank depozit reytinqlərinə yüksəldilmə istiqamətində baxıla bilər.