Xəbər verdiyimiz kimi, bu ilin fevralında Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman verib. Müştərilərə kompensasiyalar verilib yekunlaşandan sonra kreditlərin restrukturizasiya prosesinə başlanmalı idi.
Hazırda isə oxucuları maraqlandıran məsələ restrukturizasiya tədbirlərinin hansı vaxta kimi davam edəcəyidir.
Eləcə də bax: Palata restrukturizasiya və problemli kreditlər bağlı - MƏLUMATLARI AÇIQLADI
FED.az məlumat verir ki, “Qafqazinfo” bu sualla Mərkəzi Banka müraciət edib. MB-dan sorğumuza cavab olaraq bildirilib ki, problemli kreditlərin restrukturizasiyası prosesi Azərbaycan Respublikasının Prezidenti ilə 27.03.2019-cu il tarixində razılaşdırılmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq tənzimlənir.
Qaydalarda restrukturizasiya üçün müəyyən olunmuş son tarix isə 31 dekabr 2019-cu il müəyyən olunub.