“Turanbank” ASC-nin İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.
FED.az-ın məlumatına görə, bu vəzifəyə indiyə qədər bankın Biznesin İnkişafı Departamentinin direktoru olan Rəşad Tanrıverdiyev gətirilib.
R.Tanrıverdiyev bundan sonra sədrin xarici iqtisadi əlaqələr üzrə müşaviri vəzifəsini icra edəcək. R.Tanrıverdiyevin yerinə isə Ramin Xəlilov təyin edilib. Bundan başqa, bankda Proseslərin İdarə olunması Departamenti yaradılıb və burada direktor müavini vəzifəsi Fikrət Səlimova həvalə edilib. Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,003 mln. manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.
Rəşad Tanrıverdiyev “Turanbank”ın İdarə Heyəti sədrinin yeni müşaviri təyin edilib
15:15
4 Okt 2017